​Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edib

​Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edib Onlar BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər
Daxili siyasət
118
3 Aprel , 2015 17:52
​Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edib

Bakı. 3 aprel. REPORT.AZ/ Milli Şuranın aprelin 5-də keçiriləcək mitinqinin təşkilatçıları Fuad Qəhrəmanlı və Namizəd Səfərov çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər.

S.Bağırov Milli Şuranın aprelin 5-də saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.

Mitinq təşkilatçıları da hər şeyin razılaşdırıldığı kimi olacağını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi