Mingəçevirin təhsil müəssisələrində Milli Qurtuluş Günü qeyd olunub

Mingəçevirin təhsil müəssisələrində Milli Qurtuluş Günü qeyd olunub Mingəçevir Dövlət Universitetində və Mingəçevir Turizm Kollecində bununla əlaqədar bayram tədbirləri keçirilib
Daxili siyasət
15 İyun , 2017 19:26
Mingəçevirin təhsil müəssisələrində Milli Qurtuluş Günü qeyd olunub

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərinin ali və orta texniki təhsil müəssisələrində Milli Qurtuluş Günü qeyd olunub.

“Report”un Şirvan bürosunun məlumatına görə, Mingəçevir Dövlət Universitetində və Mingəçevir Turizm Kollecində bununla əlaqədar bayram tədbirləri keçirilib.

Mingəçevir Dövlət Universitetində təşkil olunan tədbir həm də təhsil ocağının ikinci məzun buraxılışı təqvimi ilə üst-üstə düşüb. Şəhər icra hakimiyyəti rəsmilərinin qatıldığı tədbir bədii proqramla davam edib.

Çıxışlarda ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb, ümummilli liderin zəngin siyasi irsindən və xidmətlərindən danışılıb. Eyni zamanda universiteti iqtisadiyyat və idarəetmə, mühəndislik və pedaqoji ixtisaslar üzrə uğurla bitirən 383 məzuna uğurlar arzulanıb.

Mingəçevir Turizm Kollecində isə “Ulu öndər Heydər Əliyev Azərbaycanın və Azərbaycan xalqının xilaskarıdır” mövzusunda konfrans keçirilib. Konfransda Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin “Dahi şəxsiyyət, xilaskar lider“, “Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış səhifədir” və digər oxşar məzmunlu məruzələr dinlənilib. 

Tədbirdə həmçinin Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinə mükafatlar da təqdim olunub.

Konfrans bədii proqramla başa çatıb.

Son xəbərlər

Orphus sistemi