Deputat: Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir

Deputat: Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir Mina terrorunda məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb edilməlidirlər.
Daxili siyasət
24 Oktyabr , 2024 10:38
Deputat: Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir
Fazil Mustafa

Mina terrorunu həyata keçirənlər məsuliyyətə cəlb edilməlidirlər.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, bu reallaşdırılsa, dünya üçün də nümunə olar: "Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var.

Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır.

Dəyirmi masada bu istiqamətdə səsləndiriləcək təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər".

Son xəbərlər

Orphus sistemi