Yuxarı

Milli Şuranın üzvü: "Parlament seçkiləri ərəfəsində yeni siyasi blok yaranacaq"

EL Hərəkatı, Azadlıq Partiyası kimi təşkilatlarla da birləşməyin effekti olmayacaq

Bakı. 25 dekabr. REPORT.AZ/ "Milli Məclisə gələn il keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində müxalifət qüvvələri bir araya gələcək, yeni siyasi blok yaradılacaq".

Bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.

O qeyd edib ki, yeni siyasi mərkəzin yaradılması vacibdir: "Hazırda müxalifət daxilində intriqalar, qarşıdurmalar davam edir. Amma seçkilər ərəfəsində ritorika dəyişəcək. Yəni müxalif qüvvələrinin mərkəzi yaradılacaq".

R.Manaflı deyib ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi ilə Milli Şura arasında hər hansı birlikdən söhbət gedə bilməz: "Bilirsiniz ki, Demokratiya və İnsan Haqları Mərkəzindəki bəzi qüvvələr elə Milli Şuradan çıxıb. Ona görə də iki qurum bir araya gələ bilməz. Yəqin ki, seçkilərə yeni blokla gediləcək".

O əlavə edib ki, "EL" Hərəkatı, "Azadlıq" Partiyası kimi təşkilatlarla da birləşməyin effekti olmayacaq: "Ola bilər, birləşmə məsələsi gündəmə gələndə bu təşkilatlar da iştirak etsinlər. Amma hesab edirəm ki, belə təşkilatların böyük partiyalarla bir blokda təmsil olunması fayda verməyəcək. Çünki bunlar real siyasi qüvvə deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi