Yuxarı
    Bağlamaq

    ​Partiya sədri: "Milli Şuranın iclaslarına qatılmıram"

    Milli Şura bu il keçiriləcək parlament seçkilərində bloka çevrilsə, seçim edəcəm

    Bakı. 19 iyun. REPORT.AZ/ "Həm Milli Şurada, həm də "Azadlıq-2015" Seçki Blokunda təmsil olunuram. Milli Şura da bu il keçiriləcək parlament seçkiləri ilə bağlı seçki blokuna çevrilsə, iki blok arasında seçim edəcəm".

    Bunu "Report"a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Partiya sədri bildirib ki, bu birliklərin siyasi baxışlarında fərqlər olsa da, müəyyən məqsədlər uğrunda birləşmələri istisna deyil.

    Q.Əlibəyli Milli Şuranın fəaliyyətini qənaətbəxş hesab etsə də, qurumun iclaslarına qatılmadığını qeyd edib: "Ölkə siyasətində durğunluq hökm sürür. Bu baxımdan Milli Şuranın da fəaliyyəti digər birliklərin fəaliyyətindən fərqlənmir. Əvvəllər Milli Şuranın iclaslarına mütəmadi qatılırdım, son dövrlər isə qatılmıram. Bunun da müxtəlif səbəbləri var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi