​Rafiq Manaflı: "Milli Şurada hansısa təşkilatla danışıqların aparılması məsələsi müzakirə olunmur"

​Rafiq Manaflı: "Milli Şurada hansısa təşkilatla danışıqların aparılması məsələsi müzakirə olunmur" "Demokratiya və İnsan Haqları Mərkəzinin indiki tərkibdən artıq güclənməsi inandırıcı deyil"
Daxili siyasət
14 Yanvar , 2015 16:59
​Rafiq Manaflı: Milli Şurada hansısa təşkilatla danışıqların aparılması məsələsi müzakirə olunmur

Bakı. 14 yanvar. REPORT.AZ/ "Demokratiya və İnsan Haqları Mərkəzinin indiki tərkibdən artıq güclənməsi inandırıcı deyil. Onlar görüşlər keçirməklə təbliğatlarını aparırlar. Yəni yaratdıqları qurumu Milli Şura ilə bərabərləşdirmək istəyirlər. Milli Şurada hansısa təşkilatla bərabərhüquqlu danışıqlara getməklə bağlı müzakirələr aparılmır".

Bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. O bildirib ki, Milli Şurada qarşıdan gələn parlament seçkiləri ilə bağlı müzakirələr aparılır: "Seçkidə iştirak etmək istəyirik. Amma seçkidə iştirak etmək üçün seçki qanunları dəyişməlidir. Milli Şuradan kənar siyasi qüvvələr var ki, ətraflarında blok yaratmağa çalışırlar. Biz buna normal yanaşırıq".

Son xəbərlər

Orphus sistemi