Yuxarı
    Bağlamaq

    Milli Şura BŞİH-ə müraciət etməsinə baxmayaraq, sentyabrın 24-də mitinq keçirməkdən imtina edib

    Şura ilə Müsavat Partiyası arasında anlaşılmazlıq yaranıb

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Milli Şura sentyabrın 24-də mitinq keçirməyəcək.

    Bu barədə "Report"a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.

    Onun sözlərinə görə, növbəti mitinqin keçirilməməsinin səbəbi sonuncu aksiyada baş verənlərdir: "Bilirsiniz ki, sonuncu razılaşdırılmış mitinqdə bir neçə fəal həbs edilib. Biz də bunu nəzərə alıb mitinq keçirməyəcəyik".

    E.Quliyev Müsavat Partiyasının rəhbərliyinin mitinqlə bağlı çağırışına da münasibət bildirib: "Çox güman ki, Müsavat rəhbərliyi Milli Şuranın bu qərarından xəbərsiz olub. Biz onların birlik çağırışlarına hörmətlə yanaşırıq".

    Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə "Facebook" sosial şəbəkəsində Milli Şuranın mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciət formasının fotosunu paylaşıb. O qeyd edib ki, Milli Şura mitinqlə bağlı bir neçə gün öncə mediaya açıqlama verib: "Biz də ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi