Milli Şura mitinqə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Milli Şura mitinqə yer ayrılması üçün BŞİH-ə müraciət edib Müraciətdə "Məhsul" stadionu istənilib
Daxili siyasət
1 Sentyabr , 2016 12:11
Milli Şura mitinqə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Milli Şura sentyabrın 11-nə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə "Report"a Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı məlumat verib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətdə Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu (keçmiş "Məhsul" stadionu) istənilib.

Son xəbərlər

Orphus sistemi