Yuxarı
    Bağlamaq

    Milli Şura Bakıda mitinq keçirib

    Aksiyaya Milli Şura üzvləri, müxalifyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar

    Bakı. 8 aprel. REPORT.AZ/ Demokratik Qüvvələrin Milli Şurası bu gün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

    “Report”un məlumatına görə, aksiyaya Milli Şura üzvləri, müxalifyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar. 

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Gültəkin Hacıbəyli çıxış edib. Onlar hakimiyyəti tənqid ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi