Milli Qəhrəman adı verilmiş şəxslərlə bağlı imtiyazlar artırılıb

Milli Qəhrəman adı verilmiş şəxslərlə bağlı imtiyazlar artırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
3 May , 2017 18:35
Milli Qəhrəman adı verilmiş şəxslərlə bağlı imtiyazlar artırılıb

Bakı. 3 may. REPORT.AZ/ “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilib. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən təqaüd Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə veriləcək.

Qeyd edək ki, bundan əvvəlki fərman yalnız Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına, dul arvadı və uşaqları olmadıqda isə valideynlərinə şamil olunurdu.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1300 manat məbləğində Prezident təqaüdü təsis edilib. 

Son xəbərlər

Orphus sistemi