Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb İclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
29 May , 2015 12:03
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb

Bakı. 29 may. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

Müzakirə olunacaq məsələlər sırasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi, "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, dövlətlərarası saziş və protokolların təsdiq edilməsi yer alıb.

Bundan başqa, iclasda "Yol hərəkəti haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Pasportlar haqqında" qanunlara və Miqrasiya, Cinayət, həm də İnzibati Xətalar məcəllələrinə, "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik edilməsi məsələlərinə də baxılacaq.

Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklər edilməsi də müzakirə olunacaq məsələlər sırasındadır. 

Son xəbərlər

Orphus sistemi