Milli Məclisin yaz sessiyasının sonuncu iclası başlayıb

Milli Məclisin yaz sessiyasının sonuncu iclası başlayıb Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 12 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
31 May , 2016 12:06
Milli Məclisin yaz sessiyasının sonuncu iclası başlayıb

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 12 məsələnin müzakirəsi daxil edilib. 

İclasda əvvəlcə H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılacaq.

Bundan başqa, 2015-ci ilin dövlət büdcəsinin icrası haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" (üçüncü oxunuş) qanun layihələri müzakirə ediləcək. 

Bundan əlavə, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Məlumat azadlığı haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət Qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlara, eləcə də Mülki Məcəlləyə, Cəzaların İcrası Məcəlləsi və Cinayət Məcəlləsinə dəyişiklik ediləcək.

İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi