Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb İşlər planına bir sıra məsələlər daxildir
Daxili siyasət
526
23 Yanvar , 2017 14:40
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı məlum olub.

"Report"un xəbərinə görə, işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasınln mümkünlüyü məsələsinin həlli haqqında Konstitusiya qanununun layihəsi, o cümlədən "Azərbaycan Respublikası Milli Məclisnin deputatının etik davranış qaydaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Daxili qoşunların statusu haqqında", "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Hesablama Palatası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında, "Məktəbəqədər təhsil haqqında", "Kinematoqrafiya haqında", Reproduktiv sağlamlığın qorunması haqqında, "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" və Azərbaycanın qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.

Son xəbərlər

Orphus sistemi