Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib Bu il komitənin iclaslarında 12 məsələ müzakirə olunub
Daxili siyasət
19 Sentyabr , 2017 12:11
Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, komitə sədri Arif Rəhimzadə 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat verib.

O xatırladıb ki, komitə bu müddət ərzində 8 iclas keçirib, bu iclaslarda 12 məsələ müzakirə olunub.

Sonra Regional məsələlər komitəsinin payız sessiyası üçün iş planı layihəsi haqqında məlumat verilib.

Bildirilib ki, sessiya müddətində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qayadaları haqqında Əsasnamə”də dəyişiklik layihələri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi