Milli Məclisin plenar iclasının gündəliyinə daha 3 məsələ daxil edilib

Milli Məclisin plenar iclasının gündəliyinə daha 3 məsələ daxil edilib Dörd məsələnin müzakirəsi nəzərdə tutulub
Daxili siyasət
18 Mart , 2016 10:03
Milli Məclisin plenar iclasının gündəliyinə daha 3 məsələ daxil edilib

Bakı. 18 mart. REPORT.AZ/ Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daha üç məsələ əlavə edilib. Parlamentdən "Report"a verilən məlumata görə, gündəlikdə dörd məsələnin müzakirəsi nəzərdə tutulub.

İclasda ilk olaraq "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Daha sonra Cinayət Məcəlləsində dəyişikliklər edilməsi (iki layihə) və "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi