Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb İclasda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Daxili siyasət
243
24 Fevral , 2015 12:02
Milli Məclisin plenar iclası başlayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

İclasın gündəliyinə 20 məsələnin müzakirəsi daxildir.

İclasda bir neçə qanuna dəyişiklik layihələri müzakirə olunacaq. Bu sıraya Mülki və İnzibati Xətalar Məcəllələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə hüquq şurası haqqında", "Ünvanlı dövlət sosial yardım haqqında", "Tibbi sığorta haqqında", "Televiziya və radio yayımı haqqında", "Müflisləşmə və iflas haqqında" və digər qanunlarda dəyişikliklər daxildir.

İclasda, həmçinin "Elm haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi