Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilib

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilib Məsələ MM-in bugünkü iclasında müzakirə olunub
Daxili siyasət
6 Mart , 2015 16:37
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilib. "Report" xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında qərar qəbul olunub.

Belə ki, parlament "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə təyin olunub

Xatırladaq ki, bu günə qədər Xanlar Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri idi.

Son xəbərlər

Orphus sistemi