Yuxarı
    Bağlamaq

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

    İclasın gündəliyinə 41 məsələ daxil edilib

    Bakı. 9 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"a açıqlamasında bildirib ki, dekabrın 18-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 41 məsələ daxil edilib.

    Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərin bir neçəsi hökumətlərarası sazişlərin və müəyyən sənədlərin təsdiqi ilə bağlıdır: "Eyni zamanda, iclasda "Notariat haqqında", "Sərhəd Qoşunları haqqında", "Dövlət rüsumu haqqında" qanunlara, eləcə də Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi müzakirə olunacaq". 

    A.Təvəkküloğlu qeyd edib ki, bundan başqa yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsi və "Kənd təsərrüfatı koorperasiyası haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Həmçinin, "Publik hüquqi şəxslər haqqında" qanun layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi