Milli Məclisin komitə sədri şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb

Milli Məclisin komitə sədri şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb Görüşdə Azərbaycan Şahmat Federasiyasında olan mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb
Daxili siyasət
13 Dekabr , 2016 16:59
Milli Məclisin komitə sədri şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Milli Məclisin Gənclər və İdman Komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

“Report”un məlumatına görə, komitə sədri Fuad Muradov və sədr müavini Ülvi Quliyev ölkədə idman sahəsinin inkişafından və dövlətin idman siyasətindən danışıblar.

Görüşdə qeyd edilib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və müxtəlif mötəbər idman yarışlarının ölkədə keçirilməsi buna səbəb olub.

Bildirilib ki, Prezident İlham Əliyev idmanın inkişafına böyük diqqət və qayğı göstərir və bu istiqamətdə görülən işlər göz qabağındadır. Görüşdə xüsusilə şahmatın kifayət qədər inkişaf etdiyi vurğulanıb: "2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi bunun bariz nümunəsidir".

Görüşdə həmçinin Azərbaycan Şahmat Federasiyasında olan mövcud problemlər, bu idman növünün sonrakı inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi