Yuxarı

Azərbaycanda “Turizm haqqında” yeni qanun qəbul olunacaq

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı. 16 sentyabr.REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. “Report”un xəbərinə görə, iclasda komitə sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi Prezident İlham Əliyevin turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir.

8 fəsil 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı bir sıra anlayışlar, görüləcək tədbirlər, dövlət reyestri, sığorta və sair məsələlər əksini tapıb.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi