Milli Məclis Prezidentin etiraz etdiyi dəyişikliyi ləğv edib - YENİLƏNİB

Milli Məclis Prezidentin etiraz etdiyi dəyişikliyi ləğv edib - YENİLƏNİB Əli Hüseynli bildirib ki, Prezident İlham Əliyevin bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyəsi məqsədəuyğun hesab edilib
Daxili siyasət
231
2 Oktyabr , 2017 16:43
Milli Məclis Prezidentin etiraz etdiyi dəyişikliyi ləğv edib - YENİLƏNİB
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırladıb ki, bu məsələyə komitə iclasında baxılıb. 

“Report”un məlumatına görə, Ə.Hüseynli bildirib ki, Prezident İlham Əliyevin bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyəsi məqsədəuyğun hesab edilib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


*** 15:48

Milli Məclisin bu gün keçirilən plenar iclasında cari il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna Prezidentin etirazı haqqında qərar layihəsinə baxılacaq.

“Report”un xəbərinə görə, dövlət başçısının etirazına səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxildir.

Xatırladaq ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçirilən iclasında komitə üzvləri Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı haqqında məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, bu qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul edib.

Son xəbərlər

Orphus sistemi