Yuxarı
    Bağlamaq

    Milli Məclis komitə sədrlərinə əlavə səlahiyyətlər verilməsi barədə layihəni qəbul edib

    İclasda həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də müzakirəyə çıxarılıb

    Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi barədə layihə MM-in plenar iclasında müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ verilir.

    Hazırkı nizamnaməyə görə isə Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

    İclasda həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də müzakirəyə çıxarılıb.

    Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi