Belə ki, Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nehəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nehəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.
Qanun layihəsi barədə məlumat verən komitənin sədr müavini Fəttah Heydərov bildirib ki, Göynük və Nehəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə veriləcək. Beləliklə, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi mövcud qanuna əlavə edilən xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilir.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.