Yuxarı

Milli Məclis: "Erməni haker qrupunun cəhdlərinin qarşısı alınıb"

Sistemə heç bir zərər dəyməyib

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanın Milli Məclisi rəsmi saytının erməni haker qrupu tərəfindən dağıdılması barədə məlumatlara münasibət bildirib. Parlamentdən "Report"a verilən xəbərə görə, dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində "Armenian Cyber Army" haker qrupu tərəfindən saytın sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Məlumatda qeyd edilib ki, əslində, həmin gün Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vurulmayıb: "Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem adminstratoru tərəfindən bərpa edilib. Həm inzibati, həm də texniki imkanlarımız bu cür hücumların vaxtında qarşısını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi