Milli Məclis "Elm haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək

Milli Məclis "Elm haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək Parlamentin mayın 17-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə 25 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
11 May , 2016 09:59
Milli Məclis Elm haqqında qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək

Bakı. 11 may. REPORT.AZ/ Milli Məclisin mayın 17-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"a açıqlamasında deyib ki, iclasda 25 məsələnin müzakirəsi nəzərdə tutulub. 

Onun sözlərinə görə, toplantıda ilk olaraq Milli Məclisin komitələrinin tərkibinin dəyişdirilməsi məsələsinə baxılacaq.

İclasda eyni zamanda, Azərbaycan hökuməti ilə bir neçə ölkənin hökumətləri arasında imzalanan sazişlərin və sənədlərin təsdiqlənməsi, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. Belə ki, prokurorluq, ədliyyə, fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında qanunlara, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Sanitar və epidemioloji sağlamlıq haqqında”, “Hesablama palatası haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, ”İcra məmurları haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlara təklif edilən əlavə və dəyişikliklərə baxılacaq.

Bundan başqa, iclasda Miqrasiya, Meşə, Cinayət, Əmək, İnzibati Xətalar məcəllələrinə də əlavə və dəyişiklərin edilməsi müzakirə olunacaq.

Toplantıda “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi