Yuxarı
    Bağlamaq

    Milli Məclis deputatlarının yaşı açıqlanıb

    15 təmsilcinin yaşı 70-dən çoxdur

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Mili Məclisində olan deputatlardan 15 nəfərinin yetmişdən çox yaşı var.

    Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir.

    19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir.

    16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır.

    17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

    Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var.

    Qeyd edək ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi