Yuxarı

Millət vəkili bir sıra dövlət qurumlarının birləşdirilməsini təklif edib

Onlar da digər hökumət strukturlarına birləşdirilə bilər

Bakı. 13 fevral. REPORT.AZ/ “Bir sıra qurumlar var ki, onlar da digər hökumət strukturlarına birləşdirilə bilər. Misal olaraq, “Melorasiya və Su Təsərrüfatı Cəmiyyəti ölkənin aqrar sahəsinə yönəlmiş bir qurumdur. Ona görə də bu qurumu Kənd Təsərrüfatı Nazirliyinə birləşdirmək olar”. “Report” xəbər verir ki, bu təkliflə deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxış edib. 

Z.Oruc çıxışı zamanı, həmçinin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına birləşdirilməsini də təklif edib: “Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinə birləşdirilə bilər. Amma buradan belə nəticə çıxmalı deyil ki, həmin iş yerləri itiriləcək”.
O bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması və səlahiyyətlərinin 3 dövlət qurumuna verilməsi, Azərenerjinin bir sıra səlahiyyətlərinin yeni yaradılan “Azərişıq” ASC-yə birləşdirilməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir: “Bu dövlət, hökumət sisteminin funksional təyinatlarını dəqiqləşdirmək və təkrarçılığın aradan qaldırılması üçün idi. Ona görə də insanlar tərəfindən yüksək qarşılandı”.

  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi