Mili Məclisin bugünkü plenar iclası təxirə salınıb

Daxili siyasət
  • 08 may, 2015
  • 04:49
Mili Məclisin bugünkü plenar iclası təxirə salınıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilməsi nəzərdə tutulan plenar iclası təxirə salınıb. MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 8-nə təyin olunan iclasın vaxtının dəyişdirilməsinə səbəb deputatların bir hissəsinin ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilən təbdirlərdə iştirak etmələridir.

Beləliklə, MM-in növbəti plenar iclası mayın 15-də keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ - "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil idi.