Mikayıl Cabbarova xüsusi rütbə verilib

Mikayıl Cabbarova xüsusi rütbə verilib Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
9 Fevral , 2019 16:16
Mikayıl Cabbarova xüsusi rütbə verilib
Mikayıl Cabbarov / Report/ Firi Salim

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Eyni zamanda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib. 

Son xəbərlər

Orphus sistemi