MSK üzvlərinin maaşı 50 faiz artırılıb

MSK üzvlərinin maaşı 50 faiz artırılıb Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamı bu gün qüvvəyə minib.
Daxili siyasət
1 Sentyabr , 2019 09:00
MSK üzvlərinin maaşı 50 faiz artırılıb

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamı bu gün qüvvəyə minib.

“Report” xəbərinə görə, sentyabrın 1-dən qüvvəyə minən dəyişikliklə MSK üzvlərinin maaşı 50 faiz artırılıb.

Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin - Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.

Son xəbərlər

Orphus sistemi