Məzahir Pənahov: "Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq"

Məzahir Pənahov: "Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq" Seçki məntəqələrinin, təqribən, 92 faizindən daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub.
Daxili siyasət
24 Dekabr , 2019 18:49
Məzahir Pənahov: Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq

"Seçki məntəqələrinin, təqribən, 92 faizindən daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Şikayətlərə dairə seçki komissiyalarında baxılmalıdır. Növbəti mərhələdə isə dairə seçki komissiyasının qərarından narazı qalanlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər. Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq. Araşdırmalardan sonra yekun olaraq bununla bağlı qərar qəbul edəcəyik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi