Yuxarı

​Məzahir Pənahov parlament seçkilərində namizəd olacaq şəxslərə xəbərdarlıq edib

MSK sədri: Seçkidə iştirak edəcək siyasi partiya nümayəndələri, müstəqil şəxslər diqqətli olmalıdırlar, vaxtından əvvəl təbliğata başlamamalıdırlar

Bakı. 2 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olacaq şəxslərə xəbərdarlıq edib.

“Report”un məlumatına görə, M.Pənahov deyib ki, seçkidə iştirak edəcək siyasi partiya nümayəndələri, müstəqil şəxslər diqqətli olmalıdırlar, vaxtından əvvəl təbliğata başlamamalıdırlar: “Bu hal baş verəcəksə, qanun pozuntusu sayılacaq. Belə addımlar atılmamalıdır. Qanunvericiliyə əməl olunmalıdır”.

O bildirib ki, bu seçkilərdə daha çox aktivlik gözlənilir: “Xeyli siyasi təşkilatın nümayəndəsinin, müstəqil şəxslərin seçkidə namizəd kimi iştirakı gözlənilir. Amma hələ ki, siyasi təşkilatlarda seçki ab-havası yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi