Məzahir Pənahov: "Müşahidəçilik fəaliyyəti üçün hərtərəfli və geniş imkanlar yaradılıb"

Məzahir Pənahov: "Müşahidəçilik fəaliyyəti üçün hərtərəfli və geniş imkanlar yaradılıb" MSK sədri və nazir Əli Abbasov veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olublar
Daxili siyasət
19 Dekabr , 2014 17:08
Məzahir Pənahov: Müşahidəçilik fəaliyyəti üçün hərtərəfli və geniş imkanlar yaradılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər və veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olublar.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

MSK sədri deyib ki, Azərbaycanda seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılıb:

"Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nəailiyyətlərdən geniş istifadə olunur. Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də davam etdiriləcək. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün proses daim diqqət mərkəzində saxlanılır. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz olaraq canlı müşahidə etmək imkanına malik olacaqlar".

M.Pənahov qeyd edib ki, seçkilərdə tətbiq olunan veb-kameralar seçki günü proseslərin geniş ictimaiyyət tərəfindən birbaşa izlənməsinə və aşkarlığın, şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq.

Qeyd edək ki, veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşıb, kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc olunub, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi