Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır"

Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır.
Daxili siyasət
20 Yanvar , 2020 10:45
Məzahir Pənahov: MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır

"Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəyyən şikayətlər var ki, MSK istəsə də, Seçki Məcəlləsinin tələbinə görə, həmin məsələ Komissiyanın iclasına çıxa bilməz:

“Hətta həmin şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni builki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisə olunmaz dərəcədə azdır. Bu da bizi sevindirir".

Sədr deputatlığa namizədlərin sayının çox olmasına da münasibət bildirib.

“Cəmiyyətdə baş verən dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, - sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi