Məzahir Pənahov: "Bu gün Azərbaycanda tarixi gündür"

Məzahir Pənahov: "Bu gün Azərbaycanda tarixi gündür" Bu gün Azərbaycanda tarixi gündür. Saat 08:00 saat etibarilə səsvermə prosesi başlayıb.
Daxili siyasət
7 Fevral , 2024 08:01
Məzahir Pənahov: Bu gün Azərbaycanda tarixi gündür

Bu gün Azərbaycanda tarixi gündür. Saat 08:00 etibarilə səsvermə prosesi başlayıb.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən deyib.

Prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bu gün axşam saat 7-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər.

"Rəsmi şəkildə elan edirik ki, məntəqələr artıq açıqdır və hər kəsi məntəqələrə dəvət edirik", - M.Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə, bu seçkilərin tarixi əhəmiyyəti çox böyükdür.

"Belə ki, 44 günlür müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. MSK həmin ərazilərdə 26 məntəqə yaratdı. Beləliklə, biz bu gün ilk dəfə bütöv Azərbaycanda seçkiləri keçiririk".

MSK sədri vurğulayıb ki, Azərbaycan ictimaiyyəti artıq seçkilərə köklənib.

"Seçkilərin müşahidəsi prosesində KİV-lərin rolu danılmazdır. Hər hansı çatışmazlıq, narazılıq barəsində KİV nümayəndələrinin müraciətləri ciddi araşdırılacaq və biz həmin KİV nümayəndəsini alqışlayacağıq. Ona görə bütün mətbuat nümayəndələrinə çağırış edirəm ki, prosesdə fəal iştirak etsinlər və gördükləri istənilən çatışmazlıq barədə bizə məlumat versinlər".

Son xəbərlər

Orphus sistemi