Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili siyasət
6 May , 2019 15:20
Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən danışıb.

O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir.

Aleksandr Qessel Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.

Sualları cavablandıran M.Pənahov ölkənin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib, son illər ölkədə keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqcıl təcrübəni onların diqqətinə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi