Mətbuat Şurasının sədri: “Azərbaycan jurnalistləri yenə də İlham Əliyevi dəstəkləyəcəklər”

Mətbuat Şurasının sədri: “Azərbaycan jurnalistləri yenə də İlham Əliyevi dəstəkləyəcəklər” Bakı. 5 fevral. REPORT.AZ/ “2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Prezidentin bu gün imzaladığı sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir. Hesab edirəm, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır”.
Daxili siyasət
5 Fevral , 2018 17:09
Mətbuat Şurasının sədri: “Azərbaycan jurnalistləri yenə də İlham Əliyevi dəstəkləyəcəklər”
Report

Bakı. 5 fevral. REPORT.AZ/ “2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Prezidentin bu gün imzaladığı sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir. Hesab edirəm, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır”.

“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

O qeyd edib ki, mesajın müəllifi olan İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əmindir: “Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi