Məşhur blogerlər Nasir Yasin (Nas Daily) və Aya Meyrok (Aija Mayrock) sosial şəbəkə hesablarında Azərbaycanda müxtəlif dini konfessiyaların birgəyaşayış ənənəsinə həsr olunmuş videoçarx paylaşıblar.
“Report” xəbər verir ki, paylaşılan videoda Azərbaycanın unikal tolerantlığı, müsəlman və yəhudilərin mehriban şəraitdə yaşamaları əks olunub.
Videoçarxda Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə kompakt halda yaşayan yəhudilərin sərbəst ibadət etmələri, milli adət-ənənələrini qorumaları üçün hər cür şəraitin yaradıldığı göstərilib. Həmçinin məscid, kilsə və sinaqoqların bir məkanda yerləşməsinin Bakı üçün səciyyəvi mənzərə olduğu, müsəlman məzhəbləri arasındakı vəhdət vurğulanıb. Azərbaycanlıların müxtəlif dinlərə aid ibadət evi tikintisinə yardım göstərməsi unikal ənənə kimi dəyərləndirilib.
Videoçarxda “Heydər” və “Təzəpir” məscidlərindən, Dağ yəhudiləri sinaqoqu, “Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı”, Qubadakı “Altı günbəzli” sinaqoq, “Xabad-Or-Avner” yəhudi məktəbi və digər məkanlardan görüntülər təqdim edilib.
Qeyd edək ki, instaqramda Nasir Yasinin 4 milyondan, Aya Meyrokun isə 266 mindən çox izləyicisi var.