Milli Məclisə seçkilərin uğurlu keçirilməsi ilə bağlı bütün tənzimləmələr, təlimatlar və qaydalara əməl edilib.
"Report" xəbər verir ki, bunu Mərakeş parlamentinin Nümayəndələr Palatası sədrinin birinci müavini Mohamed Sabbari deyib.
O bildirib ki, həmçinin seçki məntəqələrində bütün seçicilərin adlarının yer aldığı siyahıları asılmış şəkildə görürdük:
"Seçicilərin adları çox ciddi şəkildə yoxlanılırdı və sonra qəbul edilirdi. Seçki məntəqələrində namizədlərin nümayəndələri də iştirak edə bilirdi. Bütün məntəqələrdəki nümayəndələrimizlə əlaqə yaratdıq. Onlar bizə seçki prosesində heç bir pozuntunun qeydə alınmadığını bildirdilər. Eləcə də seçki fəallığının da şahidi olduq. Bu demokratik bayram münasibəti ilə Azərbaycan Prezidentini, xalqını və parlamentini təbrik edirəm".