Nazirlər Kabineti “Məqsədli proqramların həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, məqsədli proqramın həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan və 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya “DOST” mərkəzlərinin göndərişi əsasında işçi qəbul ediləcək hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləği Nazirlik tərəfindən müəyyən edilir.
Dövlət orqanları (qurumları), bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir.
İşəgötürənlər hər müsabiqəyə yalnız 1 (bir) layihə təqdim edə bilərlər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 (on) faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan vəsaitin məbləğindən çox olmamaqla, iş yerlərinin yaradılması ilə bağlı xərclərin 75 faizədək hissəsi Agentlik tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödənilir