Mənzil İnşaatı Dövlət Agentliyinin səlahiyyətlərindən biri Nazirlər Kabinetinə verilib

Mənzil İnşaatı Dövlət Agentliyinin səlahiyyətlərindən biri Nazirlər Kabinetinə verilib Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
139
7 Fevral , 2018 18:14
Mənzil İnşaatı Dövlət Agentliyinin səlahiyyətlərindən biri Nazirlər Kabinetinə verilib

Bakı. 7 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report”un xəbərinə görə, sənədlə Mənzil İnşaatı Dövlət Agentliyinin səlahiyyətlərindən biri Nazirlər Kabinetinə verilib.

Belə ki, mövcud olan qanunvericiliyə əsasən Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır, mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Agentlik müəyyən edirdi.

Bundan sonra Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçiriləcək və bu məsələyə Nazirlər Kabineti tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” qanun ilə müəyyən edilmiş qaydada baxılacaq. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək.

Son xəbərlər

Orphus sistemi