Səsvermə prosesinin şəffaf keçirilməsi üçün əlimizdən gələni edirik.
Bunu "Report"a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 2-ci seçki məntəqəsinin sədri Sevinc Budaqova deyib.
O, prosesinin şəffaf keçdiyini, seçici fəallığının müşahidə olunduğunu vurğulayıb:
"Seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi baxımından işlər həyata keçirildi. Bundan başqa, vəfat edən, bu il 18 yaşını tamamlayaraq səsvermə hüququna yiyələnən şəxslər dəqiqləşdirildi. Qeydiyyat ünvanını dəyişənlərin və xarici ölkəyə köçən şəxslərin məlumatlarını müəyyənləşdirdik. Səsvermə prosesinin şəffaf keçirilməsi üçün əlimizdən gələni edirik".
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar parlament seçkiləri keçirilir.