7 saylı Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində pozuntu halı qeydə alınmayıb, bütün işlər qanunvericiliyə uyğun təşkil olunub.
Bu barədə "Report"a açıqlamasında seçki məntəqəsinin sədri Xanlar Fərhadov məlumat verib.
“Məntəqəmizdə ümumilikdə 1280 seçici qeydiyyatdadır. Yüksək fəallıq müşahidə edilir, artıq 55-dən çox seçici səs verib”, - o bildirib.
X.Fərhadov qeyd edib ki, səsvermə prosesi həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən izlənilir: “Beynəlxalq müşahidəçilər səhər saat 8-dən məntəqədə monitorinq aparırlar. Onların arasında Belçika, İtaliya, Fransa və digər ölkələrdən müşahidəçilər də var. Məntəqəyə ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının və s. müşahidə missiyaları da baş çəkib. Heç bir pozuntu halı qeydə alınmayıb. Bütün proses yüksək səviyyədə və qanunvericiliyə uyğun təşkil olunub”.