Yuxarı

“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilir

Qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi