Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları artırılıb Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
337
3 Mart , 2018 18:14
Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Preziidenti İlham Əliyev meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi