Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edə bilərlər
Daxili siyasət
12 Oktyabr , 2017 19:34
Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən "Report"a verilən xəbərə görə, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul oktyabrın 20-də saat 13.00-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyənlərdən DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının təhsil şöbələrində oktyabrın 13-dən 19-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan- 17.00-dək qeydiyyat aparılacaq.

Son xəbərlər

Orphus sistemi