Yuxarı

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiya layihəsi davam edir

Layihə Təhsil Nazirliyi ilə birgə reallaşdırılır

Bakı. 12 mart. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar üçün ekskursiya layihəsi davam edir. Mərkəzdən “Report”a vberilən məlumata görə, 2015-ci ilin əvvəlindən paytaxtın 40-dan çox tədris müəssisəsində təhsil alan şagird və azyaşlılar Mərkəzdə olublar.

Məktəblilər ekskursiya zamanı Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat alır, eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə tanış olurlar.

Layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyır.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə birgə reallaşdırılan bu layihə 2013-cü ilin sentyabr ayından başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi