Azərbaycanda məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olması qadağan edilib

Azərbaycanda məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olması qadağan edilib Bundan başqa, dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35 dəqiqə müəyyən edilib
Daxili siyasət
16 İyul , 2016 02:20
Azərbaycanda məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olması qadağan edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib. "Report" Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılacaq. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcəklər.
Məktəbəhazırlıq qruplarında qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq müəyyən edilib.
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilməyəcək.
Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılacaq.
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq və mayın 31-də başa çatacaq.
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə-1 oktyabr - 26 yanvar, 1 fevral - 31 may-bölünür.
Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və 5 gün əlavə tətil (1-5 may) müəyyən olunub.

Bundan başqa, dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35 dəqiqə müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi