Yuxarı
    Bağlamaq

    ​Mehriban Vəzir Milli Şuradan xaric edilməsinin səbəbini açıqlayıb

    “Şuradan xaric edilməyim İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasındakı fəaliyyətimlə bağlıdır”

    Bakı. 5 may. REPORT.AZ/ "Milli Şuradan xaric edilməyim İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasındakı fəaliyyətimlə bağlıdır".

    Bunu "Report"a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir deyib.

    O bildirib ki, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının aprelin 30-da keçirilən iclası ilə bağlı hesabatının araşdırılmasını tələb edib: "Oqtay Gülaliyev Koalisiyanın iclası ilə bağlı Milli Şuraya məktub ünvanlamışdı. O bildirirdi ki, Koalisiyanın Monitorinq Qrupundan üstünlük əldə ediblər. Mən də bu məktubu Koalisiyanın koordinatoru Əliməmməd Nuriyevə göndərdim, bunun aydınlaşdırılmasını xahiş etdim. Koalisiyada üstünlük kimdədir, Milli Şura bu seçkidə hansı rolu oynayıb? Çünki mən koalisiyada da təmsil olunuram, bu böhtandan mənə də pay düşürdü. Hazırda da bununla bağlı gərgin müzakirələr gedir. Bu addımlarıma görə Milli Şura rəhbərliyi məni üzvlükdən çıxardı. Deyirlər ki, qaydaları pozmuşam. Bu məsələdə susa bilməzdim".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi