Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə, dövlət tərəfindən müsadirə ediləcək

Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə, dövlət tərəfindən müsadirə ediləcək Cinayət Məcəlləsinə yeni bənd əlavə edilir
Daxili siyasət
13 İyun , 2017 13:12
Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə, dövlət tərəfindən müsadirə ediləcək
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə, dövlət tərəfindən müsadirə ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Belə ki, məcəlləyə yeni bənd (Maddə 99-1-ci - Xüsusi müsadirə) əlavə edilir.

Məcəlləyə əsasən, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir.

Əlavəyə əsasən, nəzərdə tutulan əmlakın məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərinin hüquqlarına xələl gətirmədən müsadirə edilir.

Layihədə qeyd olunub ki, 3-cü şəxsə verilmiş əmlakın bağışlandığı və ya bazar dəyərindən aşzağı satıldığı haklda vicdanlı sahibkarın hüquqları qorunmaqla hər bir halda müsadirə üçün əsaslar müəyyən edir. Bundan əlavə, mövcud dəyişikliklər 3-cü şəxsə verilmiş əmlakın, habelə cinayət alət və vəsaitləri özgəninkişləşdirdiyi halda əmlak dəyərindəı müsadirəsini müəyyən edəcək.

Layihə Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi